Çaylarda sululuq artıb

Çaylarda sululuq artıb Yağan intensiv yağışlarla əlaqədar respublikanın əksər çaylarında sululuq artıb, Böyük və Kiçik Qafqazın bəzi çaylarından isə qısamüddətli sel keçib.
Ekologiya
23 Avqust , 2020 12:52
Çaylarda sululuq artıb

Yağan intensiv yağışlarla əlaqədar respublikanın əksər çaylarında sululuq artıb, Böyük və Kiçik Qafqazın bəzi çaylarından isə qısamüddətli sel keçib.  

Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev "Report"a bildirib ki, artan yağıntının miqdarı Kür çayının Qıraq Kəsəmən məntəqəsində suyun səviyyəsini 19, digər böyük çaylar hesab olunan Qanıxda 80, Qabırrı çayında isə  60 sm yüksəldib. 

"Kiçik Qafqazın ərazisindən axan çaylarda suyun səviyyəsində 11-30,  Böyük Qafqazın ərazisindən axan çaylarda 1-34, Lənkəran-Astara bölgəsinin ərazisindən axan çaylarda isə 3-6 sm artım müşahidə olunub. Balakənçay, Talaçay, Kürmükçay,  Kişçay, Dəmiraparançay, Əyriçay  və Gorançaydan isə qısamüddətli sel keçib”.

Son xəbərlər

Orphus sistemi