Gələn ilin dövlət büdcəsindən ətraf mühitin mühafizəsi üçün 285 828 108,0 manat vəsait ayrılıb.
“Report” xəbər verir ki, bu, 2022-ci ilin dövlət büdcəsinin layihəsində əksini tapıb.
Layihədə qeyd olunub ki, həmin vəsaitin 7 743 673,0 manatı bioloji zənginliyin qorunmasına, 10 966 058,0 manatı hidrometeorologiya tədbirlərinə, 15 467 857,0 manatı meşə təsərrüfatına, 1 443 272,0 manatı balıqçılıq və ovçuluğa, 248 992 248,0 manatı ərazilərin təmizlənməsi, çirkab suların yığılması və təmizlənməsi, 1 215 000,0 manatı ətraf mühitin mühafizəsi sahəsinə aid edilən digər xidmətlər üçün ayrılması nəzərdə tutulub.
Qeyd edək ki, qanun 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.