Duman səbəbindən magistral avtomobil yollarında görünüş məhdudlaşacaq.
Bu barədə "Report"a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.
Noyabrın 4-də gecə və səhər saatlarında dumanlı, gündüz saatlarında isə yağıntılı hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarında görünüş məsafəsinin 500-1000 metrədək məhdudlaşacağı ehtimalı var.