Dünya şöhrətli fotoqraf Ermənistanın Oxçuçayı çirkləndirməsini ekoloji terror adlandırıb

Dünya şöhrətli fotoqraf Ermənistanın Oxçuçayı çirkləndirməsini ekoloji terror adlandırıb Dünya şöhrətli fotoqraf Reza Deqati Ermənistanın Oxçuçayı çirkləndirməsini ekoloji terror adlandırıb.
Ekologiya
28 Avqust , 2021 12:22
Dünya şöhrətli fotoqraf Ermənistanın Oxçuçayı çirkləndirməsini ekoloji terror adlandırıb

Dünya şöhrətli fotoqraf Reza Deqati Ermənistanın Oxçuçayı çirkləndirməsini ekoloji terror adlandırıb.

"Report" xəbər verir ki, fotoqraf bununla bağlı "Instagram" hesabında paylaşım edib.

"Ekoloji terror. Oxçuçay Ermənistandan başlayaraq, Azərbaycan ərazisindən keçir və Xəzər dənizinə tökülməzdən əvvəl İran və Azərbaycan arasındakı təbii sərhəd olan Araz çayına birləşir. Ermənistan tərəfində iki böyük mədən zavodu mövcuddur: Qacaran-Zəngəzur mis-molibden və Qafan dəmir filizi emalı fabriki. İstehsal zamanı ağır metallarla çirklənmiş su Oxçuçaya tökülür. Almaniyanın "Croniment" mədən şirkəti Ermənistanın Zəngəzur mis-molibden zavodunun 60% səhmlərinə sahibdir. Onların internet səhifələrində "Metallar bizim ehtirasımızdır" deyilir. Çaydakı nikelin miqdarı normaldan 7 dəfə, dəmir 4 dəfə, mis-molibden isə 2 dəfə yüksəkdir. Mart ayında çaydakı forel və digər balıqların kütləvi məhv olmaları müşahidə olundu. Belə görünür ki, çay erməni istehsalçıları tərəfindən sənaye tullantılarının ölkə ərazisindən Azərbaycana göndərilməsi məqsədilə kollektor kimi istifadə olunur. Ermənistan hələ də Beynəlxalq Su Konvensiyasına qoşulmayıb və beynəlxalq öhdəliklər götürməyib. Xəzər dənizinə tökülməzdən əvvəl həm Azərbaycanı, həm də İranı çirkləndirən səssiz bir ekoloji fəlakət müşahidə olunur", - o qeyd edib.

Son xəbərlər

Orphus sistemi