Bir qrup ekoloq alim dünyada mövcud olan 47 mindən çox ağac növünün hazırkı vəziyyətini qiymətləndirib. Onlar belə nəticəyə gəliblər ki, bu rəqəmin 30%-dən çoxu artıq yox olmaq təhlükəsi altındadır.
“Report” xəbər verir ki, bu barədə Beynəlxalq Təbiəti Mühafizə İttifaqının (IUCN) yeni hesabatında deyilir.
Hesabata görə, 16 min ağac növü nəsli kəsilmək təhlükəsi ilə üzləşib. Ağaclar odun yığmaq, kənd təsərrüfatı və insanların sayının artması zamanı torpaqları təmizləmək üçün kəsilir. İqlim dəyişikliyi, artan quraqlıq və meşə yanğınları ilə əlavə təhlükə yaradır. Həssas ağac növlərinə 192 ölkədə rast gəlinir.
Cənubi Amerikada qiymətləndirilmiş 13668 ağac növündən 3356-sının nəsli kəsilmək təhlükəsi var. Hesabat müəllifləri ağac əkməklə meşələrin mühafizəsi və bərpasına, eləcə də toxum banklarının və botanika bağlarının kolleksiyalarının yaradılması yolu ilə nəsli kəsilməkdə olan növlərin qorunmasına çağırıblar.