İqlim Dəyişmələri üzrə Dövlət Komissiyasının yeni tərkibdə iclası keçirilib

İqlim Dəyişmələri üzrə Dövlət Komissiyasının yeni tərkibdə iclası keçirilib İyulun 23-də Baş nazirin müavini, İqlim dəyişmələri üzrə Dövlət Komissiyasının sədri Əli Əhmədovun sədrliyi ilə Komissiyanın yeni tərkibdə ilk iclası keçirilib.
Ekologiya
23 İyul , 2020 17:52
İqlim Dəyişmələri üzrə Dövlət Komissiyasının yeni tərkibdə iclası keçirilib

İyulun 23-də Baş nazirin müavini, İqlim Dəyişmələri üzrə Dövlət Komissiyasının sədri Əli Əhmədovun sədrliyi ilə Komissiyanın yeni tərkibdə ilk iclası keçirilib.

"Report" xəbər verir ki, iclasda Azərbaycan Respublikası tərəfindən təsdiq edilmiş Birləşmiş Millətlər Təşkilatının iqlim dəyişmələri üzrə çərçivə konvensiyasına uyğun olaraq, Azərbaycan Respublikasının qəbul etdiyi öhdəliklərin yerinə yetirilməsi istiqamətində görülmüş işlər, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 11 mart tarixli 1920 nömrəli Sərəncanı ilə yeni tərkibdə təsdiq edilmiş iqlim dəyişmələri üzrə Dövlət Komissiyasının fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi və Dövlət Komissiyasının fəaliyyətinin təmin edilməsi məqsədilə yaradılmış İşçi Qrupun fəaliyyət planı müzakirə edilib.

Dövlət Komissiyasını sədri Əli Əhmədov zəruri fəaliyyətlərlə bağlı prioritet istiqamətlər üzrə müvafiq hesabatların, fəaliyyət planlarının hazırlanması, monitorinq, hesabatvermə və yoxlama sisteminin yaradılması üzrə təkliflərin hazırlanması ilə əlaqədar tarşırıqlar verib, həmçinin iqlim maliyyələşdirilməsinə daxili və xarici vəsaitlərin cəlb edilməsinin və bu sahədə təbliğatın, məlumatlandırmanın artırılmasının zəruriliyini Komissiya üzvlərinin diqqətinə çatdırıb.

Son xəbərlər

Orphus sistemi