ETSN: "Xəzərin səviyyəsi 1,5 metr aşağı düşüb"

ETSN: "Xəzərin səviyyəsi 1,5 metr aşağı düşüb" Son 10 ildə Xəzər regionunda baş verən iqlim dəyişiklikləri su bioloji ehtiyatlarının həcminin əhəmiyyətli dərəcədə azalmasına səbəb olub. Xəzərin bioloji resurslarının vəziyyəti dənizlə ona tökülən çaylar arasında birbaşa əlaqədə qiymətləndirilməlidir. H
Ekologiya
26 Avqust , 2021 10:20
ETSN: Xəzərin səviyyəsi 1,5 metr aşağı düşüb

Son 10 ildə Xəzər regionunda baş verən iqlim dəyişiklikləri su bioloji ehtiyatlarının həcminin əhəmiyyətli dərəcədə azalmasına səbəb olub. Xəzərin bioloji resurslarının vəziyyəti dənizlə ona tökülən çaylar arasında birbaşa əlaqədə qiymətləndirilməlidir. Hava istiliyində anomal artım hətta qış mövsümündə də müşahidə olunur.

"Report" xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Resursların Tədqiqatı Mərkəzinin direktoru, biologiya üzrə elmlər doktoru, professor Mehman Axundov deyib.

Onun sözlərinə görə, 2010-cu ildən sonra Kür çayının illik axını demək olar ki, 40-50% azalıb, oxşar proseslər Xəzərə daxil olan çay axınının 85%-ə qədərini təmin edən Volqada da müşahidə olunur: "Dəniz suyunun intensiv buxarlanması atmosfer temperaturunun iqlim artımı fonunda, Xəzər dənizinin səviyyəsinin demək olar ki, 1.5 metr aşağı düşməsinə səbəb oldu. Buna baxmayaraq, son illərdə Kür axınının azalması səbəbindən dəniz suyu Salyana qədər çayın aşağı axar hissəsini doldurmağa başladı. Təbii ki, bunun nəticəsində yarıkeçici (çəkikimi balıq növləri) və anadromlu (nərə balıqları, qızılbalıq) balıqların kürüləməsi və təbii çoxalması üçün Kürə girməsi qeyri-mümkün olur. Bu, son 5-6 ildə müşahidə edilir və bu o deməkdir ki, balıq ehtiyatlarının təbii artırılması mümkün deyil, balıq resursları getdikcə azalır. Bütün bunlar bizi nəinki qiymətli vətəgə əhəmiyyətli balıq növlərinin, həm də Xəzərin bütün endemik olan balıq faunasının, biomüxtəlifliyin azalması ilə təhdid edir".

Son xəbərlər

Orphus sistemi