ETSN: Havada toz dumanı müşahidə olunur

ETSN: Havada toz dumanı müşahidə olunur Havada tozun miqdarı normadan 1.6 dəfə çoxdur
Ekologiya
20 Aprel , 2021 18:27
ETSN: Havada toz dumanı müşahidə olunur

Bu gün Bakı və Abşeron yarımadasında havada tozun miqdarının normadan artıq olduğu müəyyən edilib.

Milli Hidrometeorologiya Xidmətindən "Report"a verilən məlumata görə, buna səbəb ölkə ərazisinə cənub-şərq istiqamətli hava kütlələri vasitəsilə daxil olan toz–dumanıdır.

Növbəti gün ərzində şimal-qərb istiqamətli küləklərin üstünlük təşkil etdiyini nəzərə alsaq, havada olan tozun səpələnməsi prosesinin baş verəcəyi və tozun miqdarının norma həddinə düşəcəyi gözlənilir.

Avtomat monitorinq stansiyalardan əldə olunan məlumata görə havada tozun miqdarı normadan 1.6 dəfə çoxdur.

Son xəbərlər

Orphus sistemi