ETSN: Şimal rayonlarına yağış yağacaq, çaylarda daşqın, sel olacaq

ETSN: Şimal rayonlarına yağış yağacaq, çaylarda daşqın, sel olacaq Sentyabrın 25-dən 26-na keçən gecə saatlarından başlayaraq, Quba-Qusar rayonu və Şimal zonasının bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.
Ekologiya
25 Sentyabr , 2021 21:57
ETSN: Şimal rayonlarına yağış yağacaq, çaylarda daşqın, sel olacaq

Sentyabrın 25-dən 26-na keçən gecə saatlarından başlayaraq, Quba-Qusar rayonu və Şimal zonasının bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.

Bu barədə "Report"a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib.

Bəzi yerlərdə leysan xarakterli güclü olacağı, dolu düşəcəyi ehtimalı var. Prosesin gecə saat 02:00 radələrindən başlanması və ən intensiv dövrün səhər saat 07:00-dək davam edəcəyi gözlənilir. Çaylarda sululuğun artacağı, Qusarçay, Qudyalçay, Vəlvələçay, Qaraca, Ağçay, Cağacuqçay, Qaraçay çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var. Şimal-şərq küləyi ayrı-ayrı yerlərdə arabir 18-23 m/s-dək güclənəcək.

Son xəbərlər

Orphus sistemi