Bəzi bölgələrə leysan yağır - FAKTİKİ HAVA-YENİLƏNİB

Bəzi bölgələrə leysan yağır - FAKTİKİ HAVA-YENİLƏNİB İyulun 24-ü saat 9:00-a olan məlumata görə əvvəlcədən xəbər verildiyi kimi, əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib. Lakin gecə Böyük Qafqazın bəzi yerlərində şimşək çaxıb, qısamüddətli yağış yağıb.
Ekologiya
24 İyul , 2024 15:38
Bəzi bölgələrə leysan yağır - FAKTİKİ HAVA-YENİLƏNİB

İyulun 24-ü saat 15:30-a olan məlumata görə əvvəlcədən xəbər verildiyi kimi, Daşkəsən, Gəncə, Göygöl, Şabran, Qrız, Xınalıq, Şahdağ, Qusar (Laza), Xaçmaz, Göyçay, Balakən, Şəkidə şimşək çaxır, arabir leysan xarakterli yağış yağır.

Bu barədə "Report"a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, saat 15:03-15:05 radələrində Gəncə şəhəri Gülüstan qəsəbəsinə diametri 3 mm olan dolu düşüb.

Əvvəlcədən verilmiş sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi arabir Bakıda və Abşeron yarımadasında 15 m/s, Goranboyda isə 19 m/s-yə çatıb.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 31, Naxçıvan MR-da 34, Aran rayonlarında 35, dağlıq rayonlarda isə 26 dərəcəyədək isti qeydə alınıb.

09:32

İyulun 24-ü saat 9:00-a olan məlumata görə əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib.

Bu barədə "Report"a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, lakin gecə Böyük Qafqazın bəzi yerlərində şimşək çaxıb, qısamüddətli yağış yağıb. Düşən yağıntının miqdarı Zaqatalada (Əlibəy) 9 mm, Şəkidə 4 mm olub.

Əvvəlcədən verilən sarı xəbərdarlığa uyğun olaraq iyulun 24-ü səhər şimal-qərb küləyi arabir Goranboyda 19 m/s, Naftalanda 18 m/s-dək güclənib.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 35, Naxçıvan MR-da 37, Aran rayonlarında 39, dağlıq rayonlarda isə 29 dərəcəyədək isti olub.

Son xəbərlər

Orphus sistemi