Göyçayda ağacın ətrafına çəkilən hasar sökülüb

Göyçayda ağacın ətrafına çəkilən hasar sökülüb Göyçay rayonu, M.Hüseynzadə küçəsindəki yaşıllıq ərazidə tikinti işlərinin aparılması ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb.
Ekologiya
15 Sentyabr , 2021 09:56
Göyçayda ağacın ətrafına çəkilən hasar sökülüb

Göyçay rayonu, M.Hüseynzadə küçəsindəki yaşıllıq ərazidə tikinti işlərinin aparılması ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov "Report"a bildirib ki, sözügedən ünvana keçirilən baxış zamanı ərazidə tikinti işlərinin aparıldığı və şam ağacının hasarın içərisində qaldığı müəyyən edilib.

O qeyd edib ki, əməkdaşlarının nəzarəti altında ağacın ətrafına çəkilən hasar sökülüb və ətrafdakı ağaclar qeydiyyata alınaraq nəzarətə götürülüb.

Son xəbərlər

Orphus sistemi