Göyçayda Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş ağacəkmə aksiyası keçirilib.
"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, Heydər Əliyev Mərkəzinin qarşısında avtomobil yolu boyunca müxtəlif növ ağaclar əkilib.
Aksiyada Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, müavinlər və aparatın əməkdaşları, idarə, müəssisə, ictimaiyyət nümayəndələri, eləcə də rayon sakinləri iştirak ediblər.
Bundan başqa, aksiyada yeni əkilmiş ağaclara aqrotexniki qulluq göstərilib. Aksiyanın əsas məqsədi ərazinin ekoloji tarazlığının bərpası, mövcud torpaq qatının münbitləşdirməsinə töhfə verməklə insanlar arasında ekoloji mədəniyyət hissinin təbliğ edilməsindən ibarətdir.