Bu gün Bakı və Abşeron yarımadasının atmosfer havasında toz dumanı müşahidə edilir.
Milli Hidrometeorologiya Xidmətindən "Report"a verilən məlumata görə, peyk müşahidələrinə əsasən transsərhəd xarakter daşıyan və cənub, cənub-şərq istiqamətli küləklər vasitəsilə daxil olan toz dumanının sentyabrın 9-u axşam saatlarınadək davam edəcəyi gözlənilir.