"Son aylar koronavirus pandemiyası ilə bağlı qoyulan bir sıra qadağaların götürülməsi nəticəsində xüsusən, paytaxtın Nizami və Xətai rayonlarında fəaliyyət göstərən şadlıq sarayları və ictimai-iaşə obyektlərindən yenidən havaya tüstü və iy-qoxunun yayılması müşahidə edilir ki, bu da sakinlərin haqlı narazılığına səbəb olur".
"Report" xəbər verir ki, bunu Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə bildirib.
Onun sözlərinə görə, bir sıra şadlıq sarayları və restoranlarda təmizləyici qurğuların quraşdırılmasına baxmayaraq onlara vaxtaşırı xidmət göstərilmədiyindən və havaya normadan artıq tullantı atıldığından əhalidə narahatlıq yaradan bu vəziyyətin aradan qaldırılması üçün yenidən monitorinq və nəzarət tədbirlərinə başlanılacaq: "Havaya normadan artıq tullantı atan obyekt sahibləri barəsində tərəfimizdən ciddi tədbirlər görüləcək".