İmişliyə dolu düşüb, taxıl sahələrinə ziyan dəyib

İmişliyə dolu düşüb, taxıl sahələrinə ziyan dəyib İmişli rayonunda dolu təsərrüfata ziyan vurub.
Ekologiya
2 May , 2023 14:23
İmişliyə dolu düşüb, taxıl sahələrinə ziyan dəyib

İmişli rayonunda dolu təsərrüfata ziyan vurub.

“Report”un Aran bürosunun məlumatına görə, dolu daha çox rayonun Qaralar, Otuziki, Cahar və Qaradonlu kəndlərinə düşüb.

Belə ki, əvvəlcə şimşək və yağışla müşayiət olunan yağıntı sonradan doluya çevrilib.

Təbiət hadisəsi nəticəsində həyətyanı sahələrə, eləcə də sözügedən kəndlərin taxıl sahələrinə ziyan vurub.

Son xəbərlər

Orphus sistemi