Kürdə suyun səviyyəsi artıb

Kürdə suyun səviyyəsi artıb Kür çayının Salyan rayonundan keçən hissəsində suyun səviyyəsi artıb.
Ekologiya
17 Mart , 2022 15:09
Kürdə suyun səviyyəsi artıb

Kür çayının Salyan rayonundan keçən hissəsində suyun səviyyəsi artıb.

Bu barədə "Report"un Muğan bürosuna rayon sakinləri məlumat verib.

Sakinlər bildiriblər ki, onlar bir müddət əvvəl Kürün rayon ərazisindən keçən hissəsində çayın suyunun tamamilə quruduğunun şahidi olublar: "Kürün Salyan rayonu ərazisindən keçən hissəsində çayın suyu tamamilə qurumuşdu. Çayın quruması isə rayon ərazisində su böhranı yaratmışdı. Martın 16-dan başlayaraq çayın qurumuş hissəsində suyun səviyyəsi qalxaraq 20-25 santimetrə qədər artıb".

Sakinlər suyun artmasını müxtəlif amillərlə izah ediblər.

Kürün Salyan hissəsində suyun səviyyəsinin artması ilə bağlı məsələyə Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Rafiq Verdiyev aydınlıq gətirib.

Rəis müavini "Report"un yerli bürosuna bildirib ki, Kürün sözügedən hissəsində suyun səviyyəsinin qalxmasının əsas səbəbi Mingəçevir su anbarıdır:

"Düzdür son günlər ölkə ərazisində yağan intensiv yağışlar da suyun səviyyəsinin artmasına səbəb olur. Lakin həmin ərazidə suyun səviyyəsinin qalxması, anbardan buraxılan suyun həcminin 95 kubmetr/saniyəyə çatdırılmasıdır".

Son xəbərlər

Orphus sistemi