“Mədən torpağının idarəçiliyində yaranan problemlərin həlli üçün qanunvericilik aktlarına dəyişikliklərin edilməsi gözlənilir”.
“Report” xəbər verir ki, bunu Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin sədri Samir Qurbanov deyib.
Onun sözlərinə görə, bununla bağlı ekspertlər tərəfindən görüşlər də keçirilib:
“Çox qısa zamanda təkliflər hökumətə təqdim ediləcək. Bu təkliflər özündə bir sıra yenilikləri və asanlaşmaları ehtiva edir”.