“Bu ilin mart ayı soyuq keçir. Hətta havanın temperaturu çoxillik norma göstəricilərindən 4 dərəcə aşağıdır".
“Report” xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva “Ekspert saatı”nda deyib.
Onun sözlərinə görə, mart ayında müşahidə olunan sonuncu ən soyuq vaxt 2012-ci ildə qeydə alınıb: "Həmin vaxt 2.9 dərəcə şaxta qeyd alınmışdı. Həmçinin paytaxtda qar örtüyü də əmələ gəlmişdi".
Xidmət rəisi vurğulayıb ki, hazırda ölkə ərazisində müşahidə olunan hava şəraiti rekord göstərici deyil: "Mart ayı hər zaman sürprizlərlə dolu olub. Hətta 2013-cü ildə Bakıda 28 dərəcə isti də qeydə alınmışdı”.