Mirsalam Qənbərov: “Tək Abşeron yarımadasında 800-dən çox gölməçə var”

Mirsalam Qənbərov: “Tək Abşeron yarımadasında 800-dən çox gölməçə var” "Qarşıda duran əsas hədəf gölməçələrin təmizlənməsidir"
Ekologiya
20 Aprel , 2021 16:31
Mirsalam Qənbərov: “Tək Abşeron yarımadasında 800-dən çox gölməçə var”

“Bu gün tək Abşeron yarımadasında irili-xırdalı, mövsümü olaraq quruyan-qurumayan 800-dən çox gölməçə var”.

“Report” xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyinin sədri Mirsalam Qənbərov “Ekspert saatı”nda deyib.

O qeyd edib ki, qarşıda duran əsas hədəf gölməçələrin təmizlənməsidir: “Nazirlik göllərin təmizlənməsi istiqamətində gördüyü işlərin davamı olaraq Böyük şor və Zığ göllərində yenidən monitorinq işləri aparıb. İlkin qiymətləndirmə artıq hazırdır. Əsas məqsəd bu gölləri təmizləmək və bu işdə marağı olan sahibkarların, iş adamlarını həmin ərazilərdə infrastruktur sahələrini yaratmağa cəlb etməkdir”.

Son xəbərlər

Orphus sistemi