“Qırmızı Kitab”ın III nəşri hazırlanır

“Qırmızı Kitab”ın III nəşri hazırlanır "İşğal olunmuş ərazilərdə 460 növdən çox yabanı ağac və kol bitkiləri bitir. Bunlardan 70-i dünyanın heç bir yerində təbii halda bitməyən endemik bitkilərdir".
Ekologiya
20 Oktyabr , 2020 12:22
“Qırmızı Kitab”ın III nəşri hazırlanır

"İşğal olunmuş ərazilərdə 460 növdən çox yabanı ağac və kol bitkiləri bitir. Bunlardan 70-i dünyanın heç bir yerində təbii halda bitməyən endemik bitkilərdir".

“Report” xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin keçirdiyi “Bitki sağlamlığı və elmi tədqiqatlar” mövzusunda regional videokonfransda Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev bildirib.

Onun sözlərinə görə, erməni işğalçılarının tapdağı altında qalmış 43 min hektar sahəsi olan xüsusi mühafizə olunan təbiət ərazilərində - Bəsitçay və Qaragöl dövlət təbiət qoruqları, Arazboyu, Laçın, Qubadlı və Daşaltı dövlət təbiət yasaqlıqlarında “Qırmızı Kitab”a daxil edilmiş 24 fauna və 69 flora növü qorunurdu ki, bunların da əksəriyyəti artıq məhv edilib: “İşğal altında olan Dağlıq Qarabağ və ətraf rayonların florası barədə geniş məlumat yoxdur. Bunu nəzərə alaraq, həmin ərazilər tezliklə işğaldan azad olunandan sonra nadir və nəsli kəsilməkdə olan flora növlərinin araşdırılmasına başlanılacaq. Bu məqsədlə "Qırmızı Kitab"ın III nəşri hazırlanır”.

Son xəbərlər

Orphus sistemi