İtaliyanın ətraf mühit və enerji təhlükəsizliyi naziri ilə görüş keçirilib.
Bu barədə "Report"a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) məlumat verilib.
Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu toplantısında iştirak məqsədilə Azərbaycanda işgüzar səfərdə olan İtaliyanın ətraf mühit və enerji təhlükəsizliyi naziri Gilberto Piçetto Fratinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev arasında görüş keçirilib.
Görüşdə iki ölkə arasında ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlıq imkanları və gələcək perspektivlər müzakirə olunub.