Muxtar Babayev: "Yaşıl enerji prioritet məsələdir"

Muxtar Babayev: "Yaşıl enerji prioritet məsələdir" Ətraf mühitin mühafizəsi Azərbaycanda həmişə başlıca vəzifələrdən sayılıb. Ona görə də yaşıl inkişaf, yaşıl enerji öncül hədəflər arasındadır.
Ekologiya
18 Mart , 2022 15:42
Muxtar Babayev: Yaşıl enerji prioritet məsələdir

"Ətraf mühitin mühafizəsi Azərbaycanda həmişə başlıca vəzifələrdən sayılıb. Ona görə də yaşıl inkişaf, yaşıl enerji əsas hədəflər arasındadır".

“Report” xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Şuşada Azərbaycan ilə BMT arasında tərəfdaşlığın 30 illiyinə həsr olunmuş tədbirdə bildirib.

Azad edilmiş ərazilərdə də yaşıl enerji sahəsini inkişaf etdirməyi qarşıya məqsəd qoyduqlarını deyən nazir həmin bölgədə görülən bərpa işlərində əhalinin keyfiyyətli içməli su təchizatına da xüsusi diqqət yetirildiyini vurğulayıb.

Nazir həmçinin Oxçuçayın çirklənməsindən narahatlıq ifadə edərək bu məsələnin bütün region üçün böyük təhlükə yaratdığını qeyd edib.

Həmçinin bərpa olunan enerji mənbələrinin inkişafı və sıfır emissiya zonası yaratmaq da mühüm vəzifələr kimi diqqətə çatdırılıb.

“Azad olunmuş ərazilərin bərpası üçün beynəlxalq təşkilatların dəstəyi mühüm məsələdir” – deyə, nazir qeyd edib.

Son xəbərlər

Orphus sistemi