Nardarandakı daş karxanasının direktoruna məcburi göstəriş verilib

Nardarandakı daş karxanasının direktoruna məcburi göstəriş verilib Nardaranda fəaliyyət göstərən daş karxanasının istismarı zamanıətrafa tozunvə səs-küyün yayılması ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan çoxsaylı şikayətlər araşdırılıb.
Ekologiya
27 Avqust , 2020 11:37
Nardarandakı daş karxanasının direktoruna məcburi göstəriş verilib

Nardaranda fəaliyyət göstərən daş karxanasının istismarı zamanı ətrafa tozun və səs-küyün yayılması ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan çoxsaylı şikayətlər araşdırılıb. 

"Report" xəbər verir ki, xidmətin rəis müavini Ramal Bağırov araşdırma zamanı sözügedən ərazidə “Nardaran Daş Karxanası LTD” MMC-nin fəaliyyəti zamanı ətrafa tozun və səs-küyün yayılması faktının təsdiqini tapdığını deyib.

O qeyd edib ki, ətrafa səs-küy və tozun yayılmasının qarşısının alınması məqsədi ilə müəssisənin direktoruna məcburi göstəriş verilib.

Son xəbərlər

Orphus sistemi