Martın 11-də Naxçıvan Muxtar Respublikasında Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş könüllü ağacəkmə aksiyası keçiriləcək.
Bu barədə "Report"un yerli bürosuna Naxçıvan MR-nin Nazirlər Kabinetinin mətbuat xidmətindən bildirilib.
Könüllü aksiya zamanı ümumilikdə 40 min ting əkilməsi nəzərdə tutulur. Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində olan qurumların, muxtar respublikanın dövlət orqanları və digər təşkilatların əməkdaşları, ictimaiyyət nümayəndələri aksiyaya qoşulacaqlar.
Əkiləcək müxtəlif növ tinglərin 18 min ədədi “Naxçıvan Yaşıllaşdırma Xidməti” publik hüquqi şəxsi, 22 min ədədi isə Naxçıvan MR-nin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tingçilik təsərrüfatları tərəfindən yetişdirilib.