Naxçıvanda “Təbiəti birgə qoruyaq!" aksiyası keçirilib

Naxçıvanda “Təbiəti birgə qoruyaq!" aksiyası keçirilib Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları və Ekologiya könüllülərinin iştirakı ilə “Təbiəti birgə qoruyaq!" adlı təmizlik aksiyası keçirilib.
Ekologiya
23 Oktyabr , 2023 23:12
Naxçıvanda “Təbiəti birgə qoruyaq! aksiyası keçirilib

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları və Ekologiya könüllülərinin iştirakı ilə “Təbiəti birgə qoruyaq!" adlı təmizlik aksiyası keçirilib.

Nazirliyin mətbuat xidmətindən "Report"un yerli bürosuna verilən məlumata görə, aksiya çərçivəsində Naxçıvançay ətrafındakı ərazilər tullantılardan təmizlənib.

Mütəmadi olaraq təşkil olunan bu cür aksiyaların keçirilməsinin məqsədi, Naxçıvan şəhərində və bölgələrdə yaşıllıqların artırılması, ərazilərin məişət tullantılarından təmizlənməsi, gənclərdə təbiətə məhəbbət hissini aşılamaq, ekoloji mədəniyyəti formalaşdırmaq və ətraf mühitin mühafizəsinin önəmini ictimaiyyətin diqqətinə çatdırmaqdan ibarətdir.

Son xəbərlər

Orphus sistemi