"Qırmızı Kitab"ın 3-cü nəşrində nadir, nəsli kəsilmək təhlükəsində olan 241 fauna (152 onurğalı, 89 onurğasız) və 460 flora növü (423 bitki, 37 göbələk) öz əksini tapıb.
Bunu "Report"a müsahibəsində ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib.
Onun sözlərinə görə, birinci nəşrdə kitaba düşən flora növlərinin sayı 140, fauna növlərinin sayı 108 idisə, bu rəqəm ikinci nəşrdə iki dəfədən çox artaraq flora üzrə 300 növ, fauna üzrə isə 223 növ təşkil edib:
"Qırmızı Kitab"ın 3-cü nəşri 2023-cü ildə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ərəfəsində çap edilib. Üçüncü nəşrdə də təəssüf ki, səhifələrin və ora salınan nadir növlərin sayı artıb. Növlərin areallarında nadirləşmə gedir. Qeyd edim ki, bundan əlavə "Qırmızı kitab"a ilk dəfədir ki, çəhrayı siyahılar da əlavə olunub. Bu siyahılara xüsusi mühafizəyə ehtiyacı olmayan, lakin son illərdə nadirləşmə, populyasiyaların azalması müşahidə edilən fauna və flora növləri salınır".
Müsahibənin tam versiyasını buradan oxuya bilərsiniz.