“Builki ov mövsümündə Dağıstan turunun ovlanmasına qadağa qoyulub. Bu da onun təbii populyasiyasının bərpa olunmasına gətirib çıxaracaq”.
“Report” xəbər verir ki, bu fikirləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev “Ekspert saatı”nda deyib.
F.Əliyev bidlirib ki, hazırda Dağıstan turunun ovlanması gündəmdə deyil və yaxın müddətdə də nəzərdə tutulmur.
Onun sözlərinə görə, ovlanmasına icazə verilən heyvanların sayı əvvəlcədən təyin olunur.