“Hazırda müxtəlif istiqamətlərdə aparılan reydlər zamanı 2 000 metrdən uzun sintetik tor yığılıb. İki nəfər qanun pozucusu aşkar edilərək saxlanılıb. Hazırda məsələ ilə bağlı sənədləşdirmə işləri aparılır”.
“Report” xəbər verir ki, bunu Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəis müavini Bəhruz Məhəmmədov “Ekspert saatı”nda çıxışı zamanı deyib.
Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Səmədova qeyd edib ki, hazırda Xəzər dənizində kilkə balıqlarının ovuna icazə var:
“Digər su obyektlərində kvotalar artıq bitib. Bu il ötən ilə nisbətən kvotaların sayında fərq var idi. Misal olaraq, ötən il sənaye balıq ovuna kvota almaq üçün 178 müraciət daxil olmuşdusa, bu il üçün göstərici 307-ə çatıb”.