Son zamanlar tədbirlərin keçirilməsi ilə əlaqədar bəzi ictimai-iaşə obyektlərindən havaya tüstü və qoxunun yayılması ilə bağlı qonşuluqda yaşayan sakinlərdən çoxsaylı şikayətlər daxil olur.
"Report"un məlumatına görə, Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Ramal Bağırov iaşə obyektlərinin sahiblərini havanı çirkləndirməməyə, yaxınlıqda yaşayan əhaliyə narahatlıq yaratmamağa və ekoloji pozuntulara yol verilməməsi üçün təmizləyici qurğulara vaxtında xidmət göstərməyə çağırıb.