Nazirlik meşələrlə bağlı 9 müqaviləyə xitam verib

Nazirlik meşələrlə bağlı 9 müqaviləyə xitam verib Növbəti monitorinqin may ayında olması planlaşdırılır
Ekologiya
20 Aprel , 2021 16:35
Nazirlik meşələrlə bağlı 9 müqaviləyə xitam verib

“Meşə fondu torpaqlarında yaşıllıqların salınması ilə bağlı imzalanan müqavilələrin icrasının gedişatı ilə əlaqəli aparılan monitorinqlər nəticəsində 2020-2021-ci il ərzində 692 ha ərazi üzrə 9 müqavilə ləğv olunub”.

“Report” xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin rəisi Namik Xıdırov “Ekspert saatı”nda çıxışı zamanı deyib.

Xidmət rəisi qeyd edib ki, öz öhdəliklərini yerinə yetirməyən və ətraf mühitə ziyan verənlərlə imzalanmış müqaviləyə xitam verilir:

“Monitorinqlər mütəmadi şəkildə aparılır. Növbəti monitorinqin may ayında olması planlaşdırılır”.

Son xəbərlər

Orphus sistemi