“Ötən il Kür çayında qanunsuz ov edən 6 nəfər, Araz çayı hövzəsində 7 nəfər, Mingəçevir su anbarında 17 nəfər saxlanılıb”.
“Report” xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəis müavini Bəhruz Məhəmmədov “Ekspert saatı”nda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, ilin ilk üç ayı ərzində 59 akt, inzibati xəta haqqında 46 protokolu tərtib edilib: “33 700 manat inzibati qaydada cərimə tətbiq olunub. Təbiətə 13 931 manat ziyan dəyib. Bununla bağlı 7 iş üzrə cinayət tərkibi olduğundan hüquq-mühafizə orqanlarına göndərilib. Bu il Kür çayında qanunsuz ov edən 3 nəfər, Mingəçevir su anbarında 9 nəfər saxlanılıb”.