Nazirlikdən sürüşmə ilə bağlı açıqlama

Nazirlikdən sürüşmə ilə bağlı açıqlama "Bu, dayanıqlığı pozulmuş suxur kütləsinin yerdəyişməsi kimi qiymətləndirilir"
Ekologiya
8 Mart , 2021 12:08
Nazirlikdən sürüşmə ilə bağlı açıqlama

Bakının Səbail rayonu, Badamdar qəsəbəsi ərazisində yenidən sürüşmə hadisəsi baş verib.

"Report" xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin qrup rəhbəri Rafiq Həsənov sürüşmə sahəsinə baxış keçirildiyini bildirib.

"Baxış zamanı məlum olub ki, yanvarın 28-də ərazidə baş verən sürüşmə nəticəsində axıb gəlmiş sürüşmə kütləsinin təbii amillərdən, əsasən də son zamanlar atmofser yağıntılarının təsirindən yerinin dəyişməsi qeydə alınıb. Quruntun yerdəyişməsi sürüşmə prosesinin aktivləşməsi kimi qiymətləndirilməməlidir. Bu, sadəcə olaraq dayanıqlığı pozulmuş suxur kütləsinin yerdəyişməsi kimi qiymətləndirilir", - o qeyd edib.

Son xəbərlər

Orphus sistemi