Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən Bakı şəhərində keçirilən nəzarət tədbirləri zamanı Nəsimi rayonu, Abbas Zamanov küçəsi 11-19 ünvanında tikinti aparılan binanın qarşısında bir akasiya ağacının kəsildiyi və üstünün torpaqla örtüldüyü məlum olub.
Bu barədə "Report"a Xidmətin rəsmisi Vaqif Cavadov məlumat verib.
Onun sözlərinə görə, hazırda faktla bağlı araşdırma aparılır.