Saat 19:00-a olan məlumata əsasən səhər saatlarından başlayaraq ölkə ərazisində hava şəraiti dəyişib, güclü şimal-qərb küləyi əsir.
Milli Hidrometeorologiya Xidmətindən "Report"a verilən məlumata görə, küləyin maksimal sürəti Salyan, Neftçalada 28 m/s, Tərtərdə 25 m/s, Qəbələdə 24 m/s, Naftalanda 23 m/s, Nabran, Quba, Ağstafa, Beyləqan, Xaçmazda 20 m/s, Biləsuvar, Balakəndə 18 m/s, Hacıqabul, Yardımlı, Ağdamda 16 m/s, Şəkidə 15 m/s, Maştağa, Bakıda 35 m/s, Qum adasında 33 m/s, Sumqayıtda 30 m/s, Neft Daşlarında 29 m/s, Ələt, Pirallahıda 28 m/s, Çilov adasında 26 m/s, Binədə 24 m/s-dək güclənib.
Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 6 metrə çatıb.
Quba, Xaltan, Şabranda yağış, Xaçmaz, Qusar, Şahdağda qar yağır.