Ötən il ərzində 260 mindən çox turist Azərbaycanın milli parklarını ziyarət edib.
"Report" xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, ziyarət edilən yerlər arasında ilk üç yerdə Göygöl, Abşeron, Şahdağ milli parkları qərarlaşıb.