Ov Məsələləri üzrə Koordinasiya Şurasının növbəti iclası keçirilib və ov mövsümünün açıq elan edilməsinə qərar verilib.
Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev "Report"a bildirib ki, Azərbaycan Milli Elmlər Akademiyasının, aidiyyəti dövlət qurumlarının, beynəlxalq təşkilatların və ictimai birliklərin nümayəndələrinin təmsil olunduğu iclasda Şura üzvlərinin yekdil fikri ilə ov mövsümünün yanvarın 22-dən etibarən açılması qərara alınıb.