Salyan rayonu, Xıdırlı kəndi ərazisində qanunsuz ov edən əcnəbi vətəndaşlar saxlanılıb.
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov "Report"a bildirib ki, araşdırma zamanı brakonyerlərin Qətər vətəndaşları Fahad Zayed Maal Shahwanı və Muhammed Ghanım Maal Khayareen olduğu müəyyən edilib.
“Faktla bağlı təqsirkar şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb”, - bildirilib.