"Oxçuçayda Qırmızı kitaba daxil edilən qızıl və farel balıqlarının kütləvi məhvi qeydə alınıb və proses hələ də davam edir".
"Report" xəbər verir ki, bunu Regional Ekoloji Mərkəzin direktoru, İctimai Şuranın sədri Mələk Şükürova deyib.
O bildirib ki, Azərbaycan su hövzələri ilə bağlı qəbul edilən beynəlxalq konvensiya çərçivəsində öhdəlik daşıyır: "Dəfələrlə Ermənistanın konvensiyaya qoşulması üçün çağırışlar etsək də, buna əməl olunmayıb. Suların çirkləndirilməsi suvarma şəbəkəsinə də öz mənfi təsirini göstərir".
Onun sözlərinə görə, faktlar beynəlxalq təşkilatlara təqdim edilsə də, Ermənistanın qanunsuz davranışlarına heç bir reaksiya verilmir: "Mədənlərin idarəçiliyində Avropanın iki nüfuzlu şirkətləri dayanır. Halbuki həmin şirkətlər ekoloji sağlamlıq baxımından bir çox böyük layihələrdə iştirak edirlər".