Parisdə 22 ölkənin hərbi qüvvələrinin nümayəndələri birgə bəyanat imzalayıblar

Parisdə 22 ölkənin hərbi qüvvələrinin nümayəndələri birgə bəyanat imzalayıblar Paris Sülh Forumu zamanı 22 dövlətin silahlı qüvvələri ətraf mühitə mənfi təsirləri azaltmaqla bağlı razılıq əldə edib.
Ekologiya
14 Noyabr , 2021 06:17
Parisdə 22 ölkənin hərbi qüvvələrinin nümayəndələri birgə bəyanat imzalayıblar

Paris Sülh Forumu zamanı 22 dövlətin silahlı qüvvələri ətraf mühitə mənfi təsirləri azaltmaqla bağlı razılıq əldə edib.

"Report" xəbər verir ki, bu barədə 4-cü Paris Sülh Forumunun yekun kommünikesində deyilir.

"Razılıq ordunun zərərli emissiyalarını və ətraf mühitə dəyən ziyanı azaltmaq məqsədi daşıyır", - kommnünikedə deyilir.

Fransa, Belçika, ABŞ, Yunanıstan və Seneqal nümayəndələri ilkin olaraq razılaşmaya imza atıblar.

Kommunikedə bu təşəbbüsü dəstəkləyənlərin sayının artacağı qeyd edilir.

Qeyd edək ki, Paris Sülh Forumu hər il Birinci Dünya Müharibəsinin başa çatmasının ildönümündə keçirilir. Forumda dövlət başçıları, müxtəlif beynəlxalq təşkilatların, fondların və şirkətlərin rəhbərləri iştirak edirlər.

Belə bir tədbirin Parisdə keçirilməsi ideyasını Fransa dövlətinin başçısı Emmanuel Makron irəli sürüb. 2018-ci ildə baş tutan ilk forumda Fransa lideri ilə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və Almaniya Federal Kansleri Angela Merkel, eləcə də bir çox başqa ölkələrin hökumət nümayəndə heyətləri iştirak ediblər.

Son xəbərlər

Orphus sistemi