Qarşıdan gələn yaz mövsümü ilə bağlı Bakıda ağaclar əkilir

Qarşıdan gələn yaz mövsümü ilə bağlı Bakıda ağaclar əkilir Qarşıdan gələn yaz mövsümü ilə əlaqədar Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları tərəfindən paytaxtın müxtəlif ərazilərində yeni ağaclar, kollar əkilir, movcud ağaclara və yaşıllıq sahələrinə aqrotexniki qulluq göstərilir.
Ekologiya
20 Fevral , 2022 14:27
Qarşıdan gələn yaz mövsümü ilə bağlı Bakıda ağaclar əkilir

Qarşıdan gələn yaz mövsümü ilə əlaqədar Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları tərəfindən paytaxtın müxtəlif ərazilərində yeni ağaclar, kollar əkilir, mövcud ağaclara və yaşıllıq sahələrinə aqrotexniki qulluq göstərilir.

Bakı Şəhər İcra Hakimiyyəti Mətbuat Xidmətindən “Report”a verilən məlumata görə, əsas magistral yol və prospektlərin kənarlarındakı iynəyarpaq və həmişəyaşıl ağacların üzərinə toplanan toz və torpaq yuyulur, onların dibi yumşaldılır, təbii gübrələr verilir. Həmçinin ağacların qurumuş budaqları budanır, prospekt və küçələrin kənarlarında yeni mövsümi güllər və kollar əkilir, şəhərə yeni gözəllik verilir.

Bu işlər mövsümün sonunadək paytaxtın bütün rayonlarında keçiriləcək.

Son xəbərlər

Orphus sistemi