Qanunsuz ov hallarının qarşısının alınması məqsədi ilə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları növbəti nəzarət tədbirləri keçirib.
"Report" xəbər verir ki, bu barədə Xidmətin rəsmisi Bəhruz Məhəmmədov məlumat verib.
O qeyd edib ki, tədbirlər zamanı Bakı şəhər sakinləri Mirsəməd Abbasov, Elxan Qubadov, Xaçmaz rayon sakini Elçin Haqverdiyev, Ruslan Qəhrəmanov, Muxtar Şirinov, Asif Mürsəliyev, Şabran rayon sakini Rəvan Məlikov, Qubadlı rayon sakini Ömər Mehralıyev, Sabirabad rayon sakinləri Mircəfər Ağayev, Pərviz Sadıqov, Elman Soltanov, Sərxoş Zeynalov, Yevlax rayon sakini Ruslan Cəfərov və Elşad Mehdiyev qadağan olunmuş vaxtda ov etdiklərinə görə saxlanılıb.
B.Məmmədov bildirib ki, faktlarla bağlı qanun pozucuları barəsində qanunamüvafiq tədbirlər görülüb: "Sumqayıt şəhərinin Xəzər dənizi sahillərində, Mingəçevir su anbarında və Baş Mil-Muğan Kollektorunun Neftçala rayonu Yeniqışlaq kəndi ərazisindən keçən hissəsində isə qanunsuz balıq ovlayan Bakı şəhər sakini Əmiraslan Hüseynov, Yevlax rayon sakinləri Xaləddin Əliyev, Mənsur Məmmədov və Neftçala rayon sakini Fuad Həziyev saxlanılıb və barələrində protokol tərtib edilib".