Qrinlandiyada rekord həcmdə buz əriyib

Qrinlandiyada rekord həcmdə buz əriyib 2019-cu ildə Qrinlandiya buz qatında rekord göstərici olan 532 milyard ton buz əriyib.
Ekologiya
21 Avqust , 2020 14:13
Qrinlandiyada rekord həcmdə buz əriyib

Qrinlandiya buz qatında ötən ildə rekord göstərici olan 532 milyard ton buz əriyib.

“Report” “Science Alert”ə istinadən xəbər verir ki, bu göstərici 2012-ci ildə qeydə alınan əvvəlki rekordu 15 faiz üstələyir. Ötən il təkcə Qrinlandiya buzlarının əriməsi dünya okeanı səviyyəsinin 1,5 mm qalxmasına gətirib çıxarıb.

Beləliklə, Antarktidadan sonra dünyanın ən böyük buz saxlancı olan Qrinlandiya buz qatında dayanıqlı ərimənin getdiyi göz qabağındadır. Bunun nəticəsində okeanın xeyli qabaracağı, yüz milyonlarla əhalinin yaşadığı ərazilərin su altında qalacağı bildirilir.

Alimlərin fikrincə, Qrinlandiya buz qatının əriməsi prosesi “qırmızı xətti” keçib, yəni hətta dünya iqliminin isinməsi dayansa belə, əriməyə davam edəcək.

Son xəbərlər

Orphus sistemi