Azərbaycanın bəzi bölgələrində yanğın təhlükəsinin kompleks göstəricisi açıqlanıb

Azərbaycanın bəzi bölgələrində yanğın təhlükəsinin kompleks göstəricisi açıqlanıb Respublikanın bəzi bölgələrində yanğın təhlükəsinin kompleks göstəricisi açıqlanıb.
Ekologiya
27 İyun , 2024 15:46
Azərbaycanın bəzi bölgələrində yanğın təhlükəsinin kompleks göstəricisi açıqlanıb

Ölkənin bəzi bölgələrində yanğın təhlükəsinin kompleks göstəricisi açıqlanıb.

"Report" xəbər verir ki, bu barədə Milli Hidrometeoroogiya Xidmətindən bildirilib.

Qeyd olunub ki, Naxçıvan MR (Şərur, Naxçıvan, Şahbuz, Culfa, Ordubad) üzrə yanğın indeksi Ordubadda yüksək, Naxçıvan, Şərur, Şahbuz, Culfada isə çox yüksək yanğın təhlükəsi növünə çatmışdır.

Gəncə-Qazax (Gəncə, Şəmkir, Tovuz, Göygöl, Naftalan, Tərtər, Ağstafa, Ağdam, Daşkəsən, Gədəbəy) bölgəsi üzrə yanğın indeksi Tovuz, Ağstafada orta, Naftalanda yüksək, Ağdam, Şəmkirdə isə çox yüksək yanğın təhlükəsi növünə çatmışdır.

Quba-Xaçmaz (Qusar, Quba, Şabran, Şahdağ, Xızı) bölgəsi üzrə yanğın indeksi Şabranda çox yüksək yanğın təhlükəsi növünə çatmışdır.

Həmçinin bildrilib ki, iyunun 28-də əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçəçək. Lakin bəzi dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi rayonlarda arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Bəzi rayonlarda yanğın indeksinin yüksək olduğunu nəzərə alaraq əhalinin ehtiyatlı olması tövsiyə olunur.

Son xəbərlər

Orphus sistemi