İqlim gündəliyi son onilliklər ərzində siyasiləşdirilir.
“Report”un Rusiya bürosu xəbər verir ki, bunu ölkənin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova MDB Xarici İşlər Nazirləri Şurasının iclasının kuluarlarında deyib.
O qeyd edib ki, iqlim mövzusu güclü manipulyasiya alətinə çevrilib.
“Biz görürük ki, son illərdə və hətta onilliklərdə iqlim gündəliyi sadəcə olaraq siyasiləşdirilir. İqlim çox vaxt açıq-aşkar yalanlarla manipulyasiya meydanına çevrilir. Mövqeləri bəzən bir-birinə tamamilə zidd olan ölkələrin iqlim arenasında çıxış etməsi təəccüb doğurur. Onlar gah sənədləri imzalamağa çağırır, gah onlardan imtina edir, gah da yenidən qayıdaraq hamını öz arxalarınca çağırırlar”, - M.Zaxarova vurğulayıb.
O, azərbaycanlı həmkarlarına ekoloji məsələlərin mövzunun özünün deyil, yalnız siyasi mənfəətin vacib olduğu qüvvələrin əlində alətə çevrilməməsini arzu edib.