Sabahdan Azərbaycana payız fəsli daxil olacaq.
"Report" xəbər verir ki, payız ölkəyə sentyabrın 22-də saat 17:30:36-da qədəm qoyacaq.
Payzı fəslinin başlaması ilə gecə-gündüz bərabərləşir. Bu halda Günəş ekliptika üzrə hərəkət edərək Şimal yarım kürəsindən Cənub yarımkürəsinə keçir.
Qeyd edək ki, qış fəsli isə dekabrın 21-də saat 14:02:18-də ölkəyə qədəm qoyacaq. Bu zaman Günəş üfüqdən ən minimum nöqtədə olur. Günəş şüalarının istiqaməti ilə yerin fırlanma oxu ən böyük bucaq əmələ gətirir. Ona görə də bu fəsildə soyuqlar müşahidə olunur.