Sabah ölkə ərazisində 34 dərəcə isti olacaq

Sabah ölkə ərazisində 34 dərəcə isti olacaq Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək.
Ekologiya
7 Sentyabr , 2024 11:39
Sabah ölkə ərazisində 34 dərəcə isti olacaq

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, bölgələrdə isə 34 dərəcə isti olacağı gözlənilir.

Bu barədə “Report”a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında Mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 18-23° isti, gündüz 27-31° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 764 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 65-75 %, gündüz 40-50 % olacaq.

"Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 16-21° isti, gündüz 29-34° isti, dağlarda gecə 8-13° isti, gündüz 13-18° isti olacaq", - məlumatda qeyd olunub.

Son xəbərlər

Orphus sistemi