Nadir və qiymətli Şahin quşlarının tutularaq ölkədən xaricə satılmasına dair brakonyerlik fəaliyyəti barədə daxil olmuş operativ məlumat Ekologiya və Təbii Sərvətlər Nazirliyi və hüquq-mühafizə orqanları tərəfindən dərhal nəzarətə götürülüb, müvafiq qaydada izləmə prosesləri aparılıb.
Nazirlikdən "Report"a bildirilib ki, 16 noyabr 2020-ci il tarixində ETSN-in və hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən keçirilən birgə reyd zamanı əcnəbi vətəndaş İmad Alaborsan saxlanılıb və ondan ovlanması qadağan edilmiş, adı Azərbaycan Respublikasının “Qırmızı Kitabı”na və Beynəlxalq Təbiəti Mühafizə İttifaqının “Qırmızı Siyahısı”na düşmüş Şahin quşu maddi sübut kimi götürülüb.
Fakla bağlı İ.Alaborsan barəsində akt, protokol tərtib edilib və qanun pozucusu 2 000 manat məbləğdə cərimələnib. Şahin quşu isə təbiətə buraxılıb.