Şamil Ayrım: Dini liderlərin toplantıları iqlim böhranına diqqət çəkmək üçün mühüm rol oynaya bilər

Şamil Ayrım: Dini liderlərin toplantıları iqlim böhranına diqqət çəkmək üçün mühüm rol oynaya bilər Dini liderlərin toplantıları iqlim böhranına diqqət çəkmək, insanları hərəkətə gətirmək üçün mühüm rol oynaya bilər.
Ekologiya
5 Noyabr , 2024 13:56
Şamil Ayrım: Dini liderlərin toplantıları iqlim böhranına diqqət çəkmək üçün mühüm rol oynaya bilər
Şamil Ayrım

Dini liderlərin toplantıları iqlim böhranına diqqət çəkmək, insanları hərəkətə gətirmək üçün mühüm rol oynaya bilər.

"Report" xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) deputatı Şamil Ayrım Bakıda keçirilən Dini Liderlərin Qlobal Sammitində təşkil olunmuş "Dünya Dinləri Yaşıl Planet uğrunda" mövzusunda plenar iclasda deyib.

O qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyünü təmin etdiyi bir zamanda dini liderlərin bir araya gəlməsi vacib nəticələr vəd edir:

"İqlim dəyişikliyi həm də əxlaqi, mənəvi durumdur. Bütün dinlərdə ekologiyanı qorumaq vacib məsələ kimi təlqin edilir.
İqlim dəyişikliyi ilə mübarizədə dinlərin istiqaməti ilə toplumun yönləndirilməsi bu sahədə bir ümid işığıdır. Din iqlim dəyişikliyi ilə mübarizədə güclü rol oynaya biləcək amildir. Birlikdə "yaşıl dünya" üçün çalışmağa davam etməliyik".

Son xəbərlər

Orphus sistemi