“Azərbaycanın bütün çay yataqlarında aparılan istismar işlərinə monitorinq nəticəsində baxış keçirilib və böyük nöqsanlar olduğu müəyyənləşib”.
“Report” xəbər verir ki, bunu Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin sədri Samir Qurbanov deyib.
Onun sözlərinə görə, əsas nöqsan ekoloji tarazlığın pozulması ilə səciyyələnir: “Bu fəaliyyət nəticəsində ekologiyaya ciddi ziyan dəyir. Ona görə də bu fəaliyyət qiymətləndirilir. Çay yataqlarının qiymətləndirilməsi hökumətin tapşırığına əsasən həyata keçirilir”.