Samux Ovçuluq Təsərrüfatının əməkdaşlarının keçirdiyi nəzarət tədbirləri zamanı Ovçuluq Təsərrüfatının ərazisində qanunsuz ova cəhd edən şəxs saxlanılıb.
Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova "Report"a bildirib ki, araşdırma zamanı brakonyerin Gəncə şəhər sakini Xəlil Yusubov olduğu məlum olub.
O qeyd edib ki, faktla bağlı qanun pozucusu barəsində qanunamüvafiq tədbirlər görülüb.